İraqda 9 yaşlı qızla evlənmək rəsmiləşə bilər: MÜZAKİRƏLƏR BAŞLANDI

9 yaşlı qız uşaqları ilə nikaha daxil olmağa icazə verən qanun layihəsi İraq parlamentinin müzakirəsinə təqdim olunub.

 

APA TV-nin "Independent"ə istinadən məlumatına görə, layihə Cəfəri şiə dini məktəbinin təlimi əsasında hazırlanıb. Qanunun qəbul ediləcəyi təqdirdə yalnız əhalinin şiə təriqətinə mənsub təbəqəsi arasında tətbiq olunacağı bildirilib. 

 

Layihə parlamentin 40 deputatı tərəfindən hazırlansa da, təsdiqi üçün 165 səs tələb olunur.

 

Sənədə ilk reaksiya BMT-dən gəlib. Qurum belə bir qanunun qəbulunu pisləyən bəyanat yayıb. Regiondakı qadın hüququ təşkilatları da analoji qanunun qəbuluna ciddi etiraz edib.

 

Şimali İraq bölgəsində İŞİD-dən zərər çəkən qadınlar qanuna etiraz əlaməti olaraq küçələrə çıxıb.

 

Qeyd edək ki, sənədin yeni variantında ilk toy gecəsində zorlanmanın leqallaşdırılması, habelə müsəlman kişilərinə digər dinlərdən olan qadınlarla nikah bağlamağa qadağa müddəaları çıxarılıb.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı