Rasim Balayevə kömək ediləcəkmi? - SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Xalq artisti Rasim Balayevin səhhətində yaranan problemlər xeyli müddətdir ona əziyyət verir.
APA TV-nin məlumatına görə, şəkər, təzyiq, onurğa ilə bağlı problemləri xalq artistinin ayağında fəsad yaradıb. Aktyor mətbuata son müsahibəsində maddi çətinlik çəkdiyini, dərmanlara pul çatdıra bilmədiyini deyib. Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, istənilən vətəndaşın müraciət edərək tibbi xidmət almaq hüququ var:
“İstənilən ölkənin, istənilən vətəndaşının müraciət edərək tibb xidməti almaq hüququ vardır. Xüsusilə, tanınmış insanlara diqqət göstərmək hamımızın borcudur. Azərbaycan həkiminin borcudur ki, onlara daha diqqətli xidmət göstərsinlər”.
Bəs xalq artisti Səhiyyə Nazirliyinə səhhəti ilə bağlı müraciət edibmi?
“Ola bilər müraciət edib, amma mənim bu barədə məlumatım yoxdur”.