Şəmkirdə 24 yaşlı gənci maşın vurub öldürdü

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rasim Ramiz oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1993-cü il təvəllüdlü Ramazan Ələddin oğlu Quliyevi vurub. Ağır bədən xəsarətləri alan piyada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli