Bakıda qadının çantasını oğurlayanlar tutuldu
Paytaxtın Nərimanov rayon ərazisində qadınlardan birinin əl çantasını oğurlayaraq qaçan şəxslər saxlanılıb.
APA TV-nin xəbərinə görə, axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər məhkum olunmuş şəxslər Tərlan Abbasov və Samir Quliyev tutularaq istintaqa təqdim olunub.
Saxlanılan Tərlan Abbasov törətdikləri cinayəti etiraf edib: "Gördük qadın gedir. Qaranlığa keçən kimi əlindəki çantasını götürüb qaçdıq. 200 manat pul çıxdı çantadan".
Samir Quliyev isə çantadan çıxan pulu bölüşdürdüklərini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmir. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət etmələri xahiş olunur.