Səkiyə çırpılan "Niva" alışdı, yaralılar var - GƏNCƏNİN MƏRKƏZİNDƏ

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçələrinin kəsişməsində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

 

Nəticədə avtomobil alışaraq yanmağa başlayıb. Yanğın söndürülüb.

 

Qəza zamanı iki nəfərin xəsarət alıb. 1998-ci il təvəllüdlü Abbasov Cavanşır Naqif oğlu və 1999-cu il təvəllüdlü Həsənov Həsən Rizvan oğlu xəstəxanaya yerləşdirilib.

  

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli