Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranması günü qeyd edilib

"Azərbaycanlı qardaşlarımızla bağların daha da möhkəmlənməsini arzu edirik".

 

APA TV-nin məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəsi Ufuk Turqaner  Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü ilə bağlı təşkil olunan qəbulda bildirib.

 

O, həmçinin nümayəndəliyin 20 il əvvəl açıldığını xatırladıb: "Azərbaycanlı qardaşlarımızla bağların daha da möhkəmlənməsini arzu edirik. Bu gün 500 azərbaycanlı tələbə Kiprdə təhsil alır və onlardan 20-si ölkəmizin təmin etdiyi təqaüdlə oxuyur. Ən böyük hədəfimiz əlaqələri daha da möhkəmləndirmək və iki xalqın bir-birini daha da yaxından tanımasını təmin etməkdir".

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu 2 dövlət arasında diplomatik əlaqələrinin 1997-ci ildən qurulduğunu bildirib. Onun sözlərinə görə, münasibətlər günbəgün inkişaf edir: "Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq aləmə inteqrasiya edir. Bu ölkə regionda ali məktəb və turizm mərkəzi kimi fəaliyyət göstərir".   

 

Tədbir digər çıxışlarla davam etdirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı