Trampın impiçmenti Konqresdə müzakirəyə çıxarıldı

Konqresdə ABŞ prezidenti Donald Trampın impiçmenti yenidən təklif olunub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu təşəbbüsü demokratlar cəbhəsindən olan konqresmenlər - Stiven Koen və Luis Qutierres irəli sürüb.

Onlar dövlət başçısının Konstitusiyanı kobud şəkildə pozduğunu iddia edir. Buna misal olaraq Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Kominin postundan kənarlaşdırılmasını göstərirlər.

Bundan əlavə Trampın prezident seçildikdən sonra biznes fəaliyyətini dayandırmadığı, bunun isə qanunvericiliyə zidd olduğu bildirilir.

Xatırladaq ki, iyul ayında eyni təşəbbüslə Demokratlar Partiyasının Konqresdəki iki nümayəndəsi də çıxış edib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd