Bakıda fəhlə liftin şaxtasına düşüb öldü

Bakıda fəhlə faciəli şəkildə ölüb.

 

APA-nın məlumatına görə, Yasamal rayonu H.Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

 

Ə.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd