Siyəzəndə mənzillərin qənimi tutuldu

Siyəzəndə mənzillərdən oğurluq edən şəxs yaxalanıb.

 

APA TV-nin xəbərinə görə, Siyəzən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində silsilə mənzil oğurluqları törədən şəxs saxlanılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub: "Bir neçə evə girmişəm. Pul-qızıl çıxıb, aparıb satmışam". 

 

Siyəzən RPŞ-nin müstəntiqi Bədirşah Vəlimətov deyib ki, zərərçəkənlərə ümumilikdə 7 min manatdan artıq ziyan vurulub.

 

Qeyd edilən faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan