Sabah hava küləkli olacaq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən xəbərə görə, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd