Səlim Müslümov: "Biz o söhbətləri qurtarmışıq"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda vətəndaşları qəbul edib. APA TV-nin xəbərin ə görə, görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayonlarının sakinləri də iştirak edib. Müraciətlər əsasən, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə, fərdi evlərlə təmin olunması, əlil uşaqların və yaşı 18-dən yuxarı olan əlillərin əlil arabaları ilə təmin olunması, onların xaricdə müalicəyə göndərilməsi və ünvanlı sosial yardımla təmin olunması ilə bağlı olub. Nazir əlillərlə söhbətində belə deyib: "Biz o söhbətləri qurtarmışıq. Mən demişəm, bu nazirlikdə gizlin, aşkar olunmayan şey qalmayacaq. Hər şey açıq görünəcək".

 

Görüşdə, həmçinin Xaçmazda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilərək oktyabr ayında təhvil verilmiş 36 mənzilli binada mənzillərin bölüşdürülməsi məsələsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

 

Nazir səslənən məsələlərin araşdırılması üçün tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan