Kürəkən mübahisə etdi, qayınanasını bıçaqladılar - TOVUZDA AĞIR CİNAYƏT
Tovuzda bıçaqlanma olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonunda Qovlar şəhərində baş verib.
Rayonun İbrahim Hacılı kənd sakini, 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.
Məlumata görə, həmin vaxt S.Kazımova kürəkəni ilə Qovlar şəhərində aptekdən qayıdırmış. Həmin şəxslər küçədə nalayiq ifadələr işlətdiyi üçün S.Kazımova onlara iradını bildirib və nəticədə onlarla qadının kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri kürəkəni bıçaqlamaq istəyərkən, iti alət qadına dəyib.