Fransada qədim bir kitab mağazası sərgi vaxtı yanıb
Fransanın paytaxtı Parisdə məşhur kitab mağazalarından birində yanğın olub. APA TV "Frans Press" agentliyinə istinadən xəbər verir ki, güclü yanğın Sen-Jermen bulvarı yaxınlığında yerləşən "La Yun" adlı qədim bir mağazada baş verib.
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan biri xilasedici olub. Hadisə şahidlərinin sözlərinə görə, yanğın sonradan binanın iki mərtəbəsini əhatə edib.
Həmin vaxt kitab mağazasında fransız yazıçısı Matye Rikarın "Himalayda yarım əsr" adlı fotosərgisi təşkil olunubmuş. Mağazanın 1944-cü ildən fəaliyyət göstərdiyi deyilir.