Rusiyada mikroavtobus yük maşını ilə toqquşub - 15 ÖLÜ, 6 YARALI
Rusiya Federasiyasının Mariy El Respublikasında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər dünyasını dəyişib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də baş verən qəza nəticəsində daha 6 nəfər xəsarət alıb.
14 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Polisin ilkin versiyasına əsasən, qəzaya səbəb sürücünün təhlükəli manevr etməsi olub.
Mikroavtobusda 21 nəfərin olduğu bildirilir. Bölgə rəhbəri hadisə yerinə gedib.
Qarlı hava şəraitinin pisləşməsi də hadisənin baş verməsində əsas səbəblərdən biri kimi göstərilir.