Zaqatalada basqın! DİŞ TEXNİKİNİN 150 MİN PUL VƏ QIZILINI APARDILAR

Zaqatala rayonunda silahlı və maskalı şəxslər diş texnikinin evinə basqın ediblər. APA TV-nin məlumatına görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxs ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Qurban Qurqunayev aldığı xəsarətlərə görə, Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar. zərərəçəkinin həyat yoldaşı Həvva Qurqunayeva deyib ki, basqınçılar qadınlara toxunmayıblar. Onlar ev sahibini döyərək evdən 50 min manat, 3 min ABŞ dolları, 700 min Rusiya rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürüblər və hadisə yerindən qaçıblar.

 

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov