Rza Zərrab həbsxanada bıçaqlandı

ABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili məlumat verib.

 

O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

 

Hadisədən sonra R.Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir. "Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək istiqamətləndirilmiş ifadələr verməyə məcbur edilir" - deyə, vəkil əlavə edib.

 

Qeyd edək ki, R.Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R.Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.

 

Müəllif | Apa.Tv