Zimbabveyə müvəqqəti rəhbər təyin edildi: LƏQƏBİ "TİMSAH"DIR

Hakimiyyətdən devrilmiş Zimbabve prezidenti Robert Muqabenin vəzifələrini vitse-prezident, "Timsah" ləqəbli Emmerson Mnanqaqva icra edəcək.

 

APA TV-nin məlumatına görə, bunu üsyançı dəstəyə yaxın mənbələr açıqlayıb.

 

Bu arada Afrika İttifaqının rəhbəri, Qvineya prezidenti Alfa Konde Zimbabvedə baş verənləri pisləyən bəyanatla çıxış edib. O, həmçinin təşkilatın üsyanda əli olması iddialarını təkzib edərək, üsyançı hərbçiləri kazarmalarına geri qayıtmağa çağırıb. 

Qeyd edək ki, noyabrın 15-dən etibarən Zimbabvedə hərbçilər 37 il ölkəyə rəhbərlik edən prezident Robert Muqabeni ev həbsində saxlayır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov