Sabah yağış yağacaq
Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturunun gecə 10-12, gündüz 14-16 dərəcə isti, Bakıda gecə 10-12, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.