Saxsı qabların möcüzəsi... - REPORTAJ
Nəcəf Qədirovun 48 yaşı var. O, 1965-ci ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 15 ildir ki, qədim peşələrdən biri olan dulusçuluqla məşğuldur. Ustanın sözlərinə görə, bu sənətə maraq onda gənc yaşlarından yaranıb. Nəcəf usta dulusçuluğun həm çətin, həm də maraqlı sənət olduğunu deyir. O, belə hesab edir ki, dulusçu, pinəçi, papaqçı, misgər, qalayçı, nalbənd kimi qədim peşələr demək olar ki, tarixə qovuşub. Dulusçu APA TV ilə söhbətində Sovet dövründə hazırladıqları əşyalara xüsusi marağın olduğunu deyib.
Müsahib bildirib ki, saxsı qabların hazırlanmasında xam torpaqdan istifadə olunur. Nəcəf usta bu peşədən böyük zövq aldığını söyləyib. Lakin usta gənclərin artıq bu peşəyə maraq göstərmədiyindən şikayətlənib.
Dulusçunun dediyinə görə, saxsı qabların qiyməti ölçülərinə görə dəyişir. Qiymətlər 5 manatdan 100 manatadək dəyişir.