NATO baş katibi Türkiyədən üzr istədi: BAŞ VERƏN HADİSƏ ALYANSIN MÖVQEYİ DEYİL

NATO  Norveçdə keçirdiyi hərbi təlimlərdə baş verən qalmaqala görə Türkiyədən üzr istəyib.

 

APA TV-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın etiraz etdiyi hadisə ilə əlaqədar qurum üzr məktubu yayıb. NATO-nun baş katibi Yens Stoltenberq də üzr istəyib.

 

"Hadisələrə səbəb olan şəxs NATO-nun əməkdaşı deyil. Norveç hökuməti tərəfindən vəzifə verilən müqaviləli mülki məmurdur. Bu şəxs haqqında olası cəzalandırma qərarı Norveç rəsmiləri tərəfindən veriləcək". Bu Stoltenberqin açıqlamasında yazılıb: "Meydana gələn xətaya görə üzr istəyirəm. Hadisə tək bir nəfərin əməlidən qaynaqlanır və NATO-nun münasibətini ifadə etmir".

 

"Türkiyə NATO üçün dəyərli müttəfiqdir və ittifaqın təhlükəsizliyinə önəmli qatqısı olur" - deyə, Stoltenberq bildirib.

 

Qeyd edək ki, Norveçdə Türkiyənin də iştirak etdiyi NATO hərbi təlimlərində "düşmən tablosu"na Atatürkün və Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın fotosu qoyulub. Ərdoğan buna etirazını bildirib. Təlimdə iştirak edən 40 türk hərbçi geri çağırılıb.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı