Zeynəb Xanlarova Milli Məclisdə Rasim Balayevdən danışdı
Milli Məclisin bu gün keçirilən iclasında deputat, xalq artisti Zeynəb Xanlarova xalq artisti Rasim Balayevin dərman almağa pul tapa bilməməsi ilə bağlı məlumatlara münasibət bildirib.
APA TV-nin məlumatına görə, Z.Xanlarova R.Balayevin dərman almağa pul tapa bilməməsini mədəniyyətin faciəsi adlandırıb.
"Elə bir sənətkar ki, Babəki yaradıb, elə bir sənətkar ki, Nəsimini yaradıb. Bu adama iki dərman yazıb həkim, onun birini almağa pulu çatmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə. Bunlar niyə baxmırlar bu işlərə? Mən millətin adından, Rasimsevərlərin adından xahiş edirəm, onunla məşğul olsunlar".
Z.Xanlarova bu məsələdə spiker Oqtay Əsədovun da köməklik göstərməsini istəyib: "Sizə müraciət edirəm, Oqtay müəllim, buna bir əncam çəkək. Əks halda, tarix bizi bağışlamaz”.