Nyu-Yorkda yaşayış binasında güclü yanğın olub - SAKİNLƏR TƏŞVİŞ İÇİNDƏ

ABŞ-ın Nyu-York şəhərinin Manhetten rayonunda yaşayış evində güclü yanğın baş verib. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

Onlardan biri həmin binada yaşayan sakin, 4 nəfər isə ərazidə xidmət aparan yanğınsöndürən və xilasedici olub. Onların həyatları üçün təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə 170-dən çox yanğınsöndürən cəlb edilib. Bu dəqiqələrə qədər yanğını tam söndürmək mümkün olmasa da, lokallaşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv