İngiltərədə təyyarə helikopterlə toqquşub, ölənlər var
Böyük Britaniyanın Bakinhempşir qraflığında, Eylsberi şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ilə helikopter toqquşub. APA TV "Associated Press" agentliyinə istinadən xəbər verir ki, təyyarə və helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə hələ ki məlumat verilmir. Yerli polisin bildirdiyinə görə, ölənlərdən ikisi təyyarədə, ikisi isə helikopterdə olub.