Fərqanə Qasımova Norveç telekanalında

Norveç telekanalında Azərbaycan muğamı haqqında veriliş yayımlanıb.

 

APA TV-nin məlumatına görə, NRK telekanalında yayımlanan verilişdə Azərbaycan muğamından bəhs olunub.

 

Qeyd olunub ki, muğam ənənəvi Azərbaycan musiqisidir. Xalq artisti Alim Qasımov dövrümüzün ən böyük sənətkarlarından biri kimi qeyd olunub. “Bu gün onun qızı burdadır. O, sehrli səsə malikdir. Unikal Fərqanə Qasımova” deyə aparıcı əməkdar artisti təqdim edib.

 

Əməkdar artist Fərqanə Qasımova verilişdə “Köhlən atım” mahnısını ifa edib.

Müəllif | Apa.Tv
Nigar Həsənli