Müharibədən betər zəlzələ: İran-İraq sərhədindən dəhşətli mənzərə...
Ötən həftə İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ İranda son 10 ilin ən ağır zəlzələsi hesab olunur. Zəlzələ nəticəsində ölənlərin sayının 530 nəfər çatdığı, yaralı sayının isə minlərlə olduğu bildirildi. On minlərlə insan evsiz-eşiksiz qaldı.
Zəlzələnin episentri İranın Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə qeydə alındı. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok müşahidə olundu. Təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin, Sərpol Zəhab və İlam şəhərlərinə ziyan vurdu.
İran prezidenti Həsən Ruhani bölgəyə baş çəkərək, "problemlərin ən qısa müddətdə" həllinə dair söz verdi. Noyabrın 14-ü isə ölkədə 3 günlük matəm elan olundu.

İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı, telefon və internet xidmətləri dayandırıldı. Qızıl Aypara Cəmiyyəti və Türkiyə hökuməti bölgəyə humanitar yardım göndərdi.
Hökumət sağ qalma ehtimalının az olduğuna görə xilasetmə əməliyyatlarını 3 gün sonra dayandırdı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bir çox dövlətlərin yardım təkliflərindən imtina etdi.
Zəlzələ nəticəsində ölkə ərazisində 30 min evə ziyan dəyib, iki kənd tamamilə məhv olub. Fəlakət bölgəsində ciddi su, qida və sığınacaq problemi qalmaqdadır.
ABŞ prezidenti Donald Tramp da bu ölkəyə qarşı sərt mövqeyinə baxmayaraq, İran xalqına başsağlığı verib.
İki ölkənin sərhədində qeydə alınmış güclü zəlzələ İraqa da ziyan vurub.
Yeraltı təkanların episentri İraqın Hələbcə, Hanaki və Balad Ruz şəhərlərində qeydə alınıb.
Zəlzələ həmçinin Süleymaniyə yaxınlığındakı 8 kənddə ciddi dağıntılara səbəb olub. Hadisə ilə bağlı bu ölkədə də 3 günlük matəm elan olunub.
Zəlzələ qurbanlarına gəlincə - bu ölkədə 11 nəfər həyatını itirib.
Şimali İraqın Səhiyyə İdarəsi zəlzələdən sonra bölgədə hələ də 70 min insanın humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.