Lənkəranda mağazanı ikinci dəfə yardılar - BİR AYDA

Lənkəranda bir ay ərzində eyni mağazadan iki dəfə oğurluq olunub.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, oğurluq hadisəsi Lənkəranın Şiləvar kəndində yerləşən gündəlik tələbat malları mağazasında baş verib.

 

Mağazanı işlədən Cavid Nəsirov səhər mağazanın qapısını açanda içəridə oğurluq olduğunu görüb. Bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat verilib, istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib. Məlum olub ki, vitrinlərdə olan təxminən 1000 manat dəyərində müxtəlif  çeşiddə olan ərzaq məhsulları, tütün və spirtli içkilər oğurlanıb.

 

Mağaza sahibi Cavid Nəsirovun dediyinə görə, bu hadisə bir ay ərzində ikinci dəfədir təkrar olunur. Qarət edən şəxs və ya qarətçilər ilk dəfə də indiki kimi eyni üsulla tavanı sökərək içəri daxil olublar.

 

Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir. Araşdırma aparılır. 

                       

 

Müəllif | Apa.Tv