Bakıda ÇOXMƏRTƏBƏLİ BİNADA YANĞIN!

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Təhsil Nazirliyinin yaxınlığında qeydə alınıb. Hadisə yerinə üç yanğınsöndürmə briqadası cəlb edilib. Binanın yuxarı mərtəbələrində yaşayan sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunublar.

Yanğınsöndürənlərin APA TV-yə verdiyi məlumata görə, yaşayış binasının şaxtasında elektrik kabelləri yanıb. Yanğın söndürülüb, alovun mənzillərə keçməsinə imkan verilməyib. 

Müəllif | Apa.Tv