Ələtdə baş vermiş qəzada yaxın qohumlar olan 4 nəfər xəsarət alıb
Bakı-Qazax magistral yolunun Ələt qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Vüqar Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük maşınına arxadan çırpılıb.
Avtoqəza nəticəsində bir ailənin üzvləri olduğu bildirilən 4 nəfər xəsarət alıb. Onlardan sürücü V.Məmmədov, avtomobildə olan sərnişinlər - 1993-cü il təvəllüdlü Vəfa Məmmədova və 1993-cü il təvəllüdlü Fuad Məmmədovun xəsarətləri orta dərəcəli olsa da, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədovaya kəllə-beyin travması diaqnozu təyin edilib və Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Yol qəzasının təfərrüatlarını isə BDYPİ-nin istintaqçıları araşdırır.