Zaqatalada evə BASQIN EDƏN ŞƏXS SAXLANDI!
Zaqatalada evə basqın edərək ev sahibini hədələyən və ondan pul tələb edən Balakən rayon sakini həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 24-də axşam saat 20 radələrində rayonun Qəbizdərə kənd sakini Əliyeva Samirət Əli qızının evinə daxil olaraq qulduqluq edən şəxsin Balakən rayonunun Katex kəndinin Kombinat ərazisində yaşayan Umrayev Fərman Əlicanbəy oğlu olduğu müəyyənləşib. Araşdırma zamanı məlum olub ki, tanınmamaq üçün xüsusi maskadan istifadə edən Fərman Umrayev bıçaqla ev sahibəsinə hədə-qorxu gəlib və onun 145 manat pulunu və 1 ədəd qızıl boyunbağını əlindən alıb. Fərman Umrayev daha sonra cinayət zamanı istifadə etdiyi maska və bıçağı Katex çayına atıb. Oğurlanan boyunbağı maddi sübut kimi Fərman Umrayevin üzərindən götürülüb. Zaqatala RPŞ-dən APA TV-yə bildirilib ki, Fərman Umrayev əvvəllər də Cinayət Məcəlləsinin zorlama maddəsi ilə məhkumluq həyatı yaşayıb.