Dünyanın ən məşhur qatillərindən biri öldü

ABŞ-da vaxtilə kütləvi qətllərə imza atan 84 yaşlı Çarlz Menson vəfat edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, həkimlər ötən həftə xəstəxanaya yerləşdirilən "Ailə" adlı qruplaşmanın lideri Ç.Mensonun vəziyyətini kritik qiymətləndirirdi.

 

1934-cü ildə anadan olan Çarlz Menson ilk cinayətinə 9 yaşında imza atıb. Törətdiyi çoxsaylı qətl və oğurluqlar səbəbindən ömrünün yarıdan çoxunu həbsxanalarda keçirib. Onun rəhbərlik etdiyi qruplaşmanın indiyədək ümumilikdə 35 qətl törətdiyi bildirilir.

 

Çarlz Menson barəsində 1972-ci ildə ölüm hökmü çıxarılsa da, cəzanın müvəqqəti ləğvi səbəbindən o, ömürlük həbsə məhkum edilib. Daha sonra qatil bir neçə dəfə həbsxanadan buraxılmaq üçün müraciət edib.

 

Qeyd edək ki, rejissor Kventin Tarantino onun həyatı haqqında film çəkməyə hazırlaşır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov