Xəzərdə batan qayıqdakı iki balıqçı xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 17 noyabr 2017-ci tarixdə DSX Sahil Mü­hafizəsinin “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları tə­rə­­findən xidməti əra­ziyə baxış keçirilərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmaması aşkar edilib.

 

Hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyən olunub.

 

Axtarış-xilasetmə tədbirləri nəticəsində icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç suda olan dirəyin üzə­ri­ndə aşkarlanıb və 18 noyabr 2017-ci ildə saat 13:20 radələrində xilas edilərək sahilə təxliyə olunub­lar.

 

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

    

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd