Muqabe razılaşdı: RƏSMƏN İSTEFA VERİR

Zimbabvedə Robert Muqabe dövrü bitmək üzrədir.

 

APA TV-nin məlumatına görə, 37 ildir ölkəni idarə edən Muqabenin istefaya razılaşdığı bildirilir.
 

CNN International 93 yaşlı liderin istefa tələbini qəbul etdiyi barədə xəbər verib.

 

Dünən çıxışı zamanı istefa verməyən Muqabe generallarla apardığı danışıqlardan sonra istefa ilə razılaşdığı qeyd olunur. Robert Muqabe və həyat yoldaşı Grace Muqabeyə istefaları qarşılığında toxunulmazlıq verildiyi və Muqabe cütlüyünün rəsmən adlarında olan mülklərini özlərində saxlaya biləcəkləri iddia olunur.

Müəllif | Apa.Tv
Apa.tv