Şamaxıda dəhşət: sürücü qəzada gözlərini itirdi - 3 AĞIR YARALI

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.

 

Göyçay rayon sakini, 1974-cü il təvəllüdlü Burcalızadə Rahil Vahid oğlu 10 ZP 606 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü Rahim Ocaqzadə və sərnişinləri - Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Bayram Zakir oğlu Fərəcov, həyat yoldaşı 1989-cu il təvəllüdlü Fəridə Məhərrəm qızı Fərəcova və onların azyaşlı övladı, 2013-cü il təvəllüdlü Nihat Bayram oğlu Fərəcov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib.

 

Zərbənin təsiri nəticəsində sürücünün gözlərinin çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov