Ağstafada yük avtomobili dərəyə aşdı

Ağstafada yük avtomobili aşıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 460-cı kilometrliyində, rayonun Qırlı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan sementlə dolu olan tır qəfil idarəetmədən çıxaraq, yolun kənarında olan dərəyə yuvarlanıb.

 

Qəza zamanı sürücü, 40 yaşlı Müşfiq Məmmədov bədən xəsarətləri alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli