Masallıda usta əvvəllər işlədiyi evdən oğurluq edib

Masallıda usta əvvəllər işlədiyi evdən oğurluq edib.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonunun Yenikənd kənd sakini Rayon Polis Şöbəsinə evindən 650 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət edib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hadisədən əvvəl evdə usta işləyən 27 yaşlı Ramil Əsgərov evə gizli yolla daxil olmağın yolunu öyrənib. Daha sonra isə tanışları - 30 yaşlı Vüsal Hacıyev və 23 yaşlı Samir Mirzəzadəyə bu barədə məlumat verib. Ev sahibinin evdə olmadığını bilən oğrular evin ikinci mərtəbəsindəki balkonun qapısını açaraq evə daxil olub, oradan pul və qızıl-zinət əşyalarını götürərək evdən çıxıblar. Saxlanılan Ramil Əsgərov və Vüsal Hacıyev oğurladıqları qızılı hissə-hissə satdıqlarını və pulu aralarında böldüklərini bildiriblər.

 

Hazırda qrupun digər üzvü olan Samir Mirzəzadənin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv