ABŞ Şimali Koreyanın adını yenidən "qara" siyahıya saldı

Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib. APA TV-nin xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", - deyə Tramp bildirib.

Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.

Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya.

Müəllif | Apa.Tv
Apa.tv