Qəza enişi etmək istəyən təyyarə evlərə çırpılıb - ABŞ-DA
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində yüngülmotorlu “Cessna 172” təyyarəsi yaşayış evinin üstünə düşüb. APA TV-nin "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarədə 3 nəfər olub.
Onlardan ikisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, daha biri yüngül yaralanıb. Hadisə zamanı yaşayış evində olan 13 nəfərə isə zərər dəyməyib. İnsidentin səbəbi müəyyənləşdirilir.
Bildirilir ki, pilot havaya qalxdıqdan dərhal sonra texniki qüsurla bağlı Reyd-Xillvyu aerodromu ilə əlaqə saxlayıb. O, aerodroma dönmək istəyib, lakin zolağa yetişə bilməyib.