Nyu-York ştatında fabrikdə güclü partlayışlar olub, xəsarət alanlar var

ABŞ-ın Nyu-Vindzor şəhərində (Nyu-York ştatı) kosmetik vasitələr istehsal edən fabrikdə bir neçə partlayış baş verib. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, partlayışlardan sonra müəssisədə yanğın başlayıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 75 nəfər xəsarət alıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Partlayışın səbəbləri barədə hələ ki məlumat verilmir.

Əraziyə bütün bölgədən yanğın söndürən briqadalar cəlb edilib. Yerli sakinlərə havada mümkün ola biləcək toksikoloji maddələrdən qorunmaq üçün pəncərələri bağlı saxlamaq məsləhət görülüb.

Müəllif | Apa.Tv
Apa.tv