Cannet Yellen istefa ərizəsi yazdı
Səlahiyyət müddəti 2018-ci ilin fevralın 4-də başa çatan ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellen istefa məktubunu yazıb.
APA TV-nin "Bloomberg" agentliyinə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Trampa ünvanlanan məktubda C.Yellen qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olmaqdan məmnunluğunu ifadə edib: "Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nal olduğumuz üçün çox məmnunam" - deyə, məktubda qeyd edilib
FES rəhbəri onu bu vəzifədə əvəzləyəcək Cerom Pauell işinə bağlı olacağına əminliyini ifadə edib.