Yağış, sulu qar və qar... - SABAHIN HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 10-13, gündüz 13-16 dərəcə isti, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6,  gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd