Türkiyə, Rusiya və İran generalları görüşdü: TARİXİ SURİYA ANLAŞMASI

Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin Baş Qərargah rəisləri Suriyada İŞİD və "Cəbhat-ən-Nüsra" kimi təşkilatların qalan bölmələrinin zərərsizləşdirilməsinə dair konkret addımlar barədə razılığa gəliblər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Soçidə türkiyəli həmkarı Hulusi Akar və iranlı həmkarı Məhəmməd Baqeri ilə görüşüb. 


Görüş zamanı tərəflər Suriyadakı hazırkı vəziyyəti, terror qruplarının zərərsizləşdirilməsinə dair gələcək addımları, deeskalasiya zonasında təhlükəsizliyinin təmin edilməsi və siyasi həll prosesinə keçid məsələlərini müzakirə ediblər. İdlib vilayətindəki deeskalasiya zonasında koordinasiya işlərinin səviyyəsinin artırılması barədə razılığa gəlinib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı