Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın - SAHİBİ YARALANDI

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub, iki nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Separadi kəndində baş verib.

 

Kənd sakini Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunaraq yanğın lokallaşdırılıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədov yanıq xəsarətləri alıb. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Çingiz Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. 

 

Yanğına səbəb kimi yanacaq dolduran boruda baş verən sızma göstərilir. Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv