Antiterror əməliyyatında silahlı qarşıdurma oldu - TBİLİSİDƏ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirib, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.

Məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilib. İki şübhəli şəxsin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.

“Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.

Xüsusi əməliyyat artıq başa çatıb və silahlılar tutulub. Həmin şəxslərin vətəndaşlığı və insident zamanı zərər çəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv