AĞCABƏDİDƏ SİLAHLI İNSİDENTİN iştirakçıları həbs olundu!

Ağcabədi Rayon Prokurorluğu Avşar kəndində baş verən silahlı insidentlə bağlı açıqlama yayıb. Rayon prokuronun böyük köməkçisi Ərəstun Quliyev bildirib ki, insidentdə şübhəli bilinən Roman Atlıxanov və Mirzəli Şirinov artıq həbs edilib. Cinayətdə istifadə olunan odlu silah istintaqa təhvil verilib.

Ağcabədi rayon prokuronun böyük köməkçisi Ərəstun Quliyev bildirib ki, faktla bağlı toplanmış ilkin araşdırma materialı üzrə 6 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1 və 228.1 - ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə dekabrın 6-da, şəxsi münasibətlər zəminində baş verib. Belə ki, Avşar kənd sakini Cavid Tağıyev övladlarının olmaması səbəbindən həyat yoldaşı ilə boşanıb. Hadisə boşanan qadının öz atası evinə getməsindən sonra baş verib. Qadının xalası oğlanları Roman Atlıxanov və Mirzəli Şirinov Cavid Tağıyevi öldürmək üçün onun evini gülləbaran ediblər. Cavid Tağıyevi evdə tapa bilməyən silahlılar onun yaxınları Adil Tağıyev və Leyla Tağıyevanın yaşadığı evi də atəşə tutublar.

 

Müəllif | Apa.Tv