Abşeronda avtomobilin vurduğu 52 yaşlı kişi öldü, bacısı isə xəsarət aldı

Abşeron rayonu ərazisində avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, yol qəzası Mehdiabad qəsəbəsində baş verib.

Ceyhun Dünyamalıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. Hər iki piyada ağır xəsarətlərlə sürücü tərəfindən təcili 1 saylı Xәstәxanaya gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Yol qəzası ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, sürücü özü də piyadaların qohumu imiş.

Müəllif | Apa.Tv
Apa.tv