Tramp Putindən Əsədlə nə danışdığını soruşdu - AĞ EVLƏ KREML ARASINDA TELEFON BAĞLANTISI
ABŞ prezidenti Donald Tramp və Kreml rəhbəri Vladimir Putin arasında telefon danışığı olub.
APA TV-nin məlumatına görə, bir saatdan çox davam edən söhbət zamanı tərəflər terrorizmlə mübarizə, Suriya və Ukraynadakı vəziyyət, habelə Şimali Koreyanın nüvə məsələsini müzakirə edib.
Putin Trampı yanvarın 20-də Suriya prezidenti Bəşər Əsədlə keçirdiyi görüşün yekunları barədə məlumatlandırıb, Suriya prezidentinin siyasi prosesə, konstitusion islahatlar, habelə prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğunu bildirib.
Prezidentlər eyni zamanda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində yayılan birgə bəyanatı təsdiqləyərək, BMT-nin Suriya qətnaməsinin icrası üzrə Cenevrə prosesi, habelə suriyalı qaçqınların öz evinə dönməsi və stabilliyin təminatı ilə bağlı fikirlərini bölüşüb.
Yaxın Şərq və Mərkəzi Asiya məsələlərinə də toxunan liderlər regiondakı terror təşkilatları ilə mübarizədə əməkdaşlığın zərurətini bir daha qeyd edib.
Ukrayna məsələsinə də toxunan prezidentlər ölkədə dayanıqlı sülhə nail olunması, eləcə də Şimali Koreyaya təzyiqlərin artırılmasının zəruriliyinə diqqət çəkib.