Cəbhədə üç erməni hərbçisi öldü, biri yaralandı
Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18:35-də baş verib.
İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində 1995-ci il təvəllüdlü Geqam Zakaryan, 1998-ci il təvəllüdlü Sarkis Abramyan və 1997-ci il təvəllüdlü Sarkis Məlikyan ölüb.
Daha bir hərbçi, 1997-ci il təvəllüdlü Harek Oveyan yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.