Kiyevdə polislə qarşıdurma: Luqanskda maskalılar yolları bağladı
Kiyevdə etiraz aksiyası keçirən kütlə ilə polis arasında toqquşma olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, insident "Avromaydan" hərəkatının ildönümünün qeyd edildiyi zaman baş verib.
Bu münasibətlə yüzlərlə insan şəhərin mərkəzinə istiqamət götürüb. Onlar iki çadır qurub və prezident Pyotr Poroşenkodan hadisələrlə bağlı aparılan istintaqın gedişi barədə məlumat verməsini tələb edib.
Polis onlara müdaxilə etdik istəyib. Qarşıdurma yaranıb, nəticədə bir polis başından xəsarət alıb. Onu digər asayiş keşikçiləri kütlənin içərisindən çətinliklə çıxarıb.
Bu arada Luqanskın mərkəzi küçələrində silahlı və maskalı şəxslər və zirehli texnika görünməyə başlayıb. Luqansk rəhbərliyi bunu planlı təlimlərlə izah edib. Eyni zamanda mərkəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.