Lənkəranda "Mercedes" yük maşınına çırpıldı - 4 YARALI
Lənkəranda yük maşını ilə minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində “Mercedes"də olan 4 nəfər - Rusiya vətəndaşları Cəsarət Hafiz oğlu Hüseynov, 1960-cı il təvəllüdlü Şamama Rakif qızı Hüseynova, Lənkəranın Türkəkəran kənd sakini, 1976-cı il təvəllüdlü Nadir Əyyub Oğlu Əzizov və Astaranın Pensər kənd sakini Elduzə Sabir qızı Dadaşova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, “Mercedes” markalı avtomaşının sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yük maşınına arxadan çırpılıb.
Fakt araşdırılır.