Tramp iki "hinduşka"nı əfv etdi - MƏRASİM CANLI YAYIMLANDI

ABŞ prezidenti Donald Tramp ənənəvi olaraq Müqəddəs Şükran Bayramı öncəsi iki hind quşunu əfv edib.


APA TV-nin məlumatına görə, mərasim Ağ Evdən canlı yayımlanıb. ABŞ-ın "əsas hind quşu" titulu "Dramstik" ləqəbli quşa verilib. Həmçinin Tramp  mərasimdə gətirilməyən "Uişboun" adlı hind quşunu da bağışlayıb.

Tədbiri dövlət başcısının həyat yoldaşı Melaniya Tramp və oğlu Berron izləyib. Əfv öncəsi quşlar prezidentin igamətgahının qarşısındakı 5 ulduzlu  hoteldə gecələyib.

"Dramstik" və "Uişboun" həyatının qalan hissəsini fermada yaşayacaqlar.



 

Müəllif | Apa.Tv